Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Səudiyyə Ərəbistanı Yaxın Şərq münaqişəsinin böyüməsinin qarşısını almağa çalışırlar 

ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Birləşmiş Ştatlarda səfərdə olan Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid Bin Salman Yaxın Şərqdəki vəziyyəti müzakirə edib və İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında münaqişənin qarşısının alınmasının vacibliyini təsdiqləyiblər.

Bu barədə Ağ Ev məlumat verib.

“Onlar hər hansı dövlət və ya qeyri-dövlət subyektini münaqişəni genişləndirmək cəhdindən çəkindirməyin vacibliyini bir daha təsdiqlədilər”, - deyə məlumatda bildirilib.

Tərəflər, həmçinin Qəzza zolağındakı mövcud vəziyyəti müzakirə edib, israillilər və fələstinlilər arasında davamlı sülhə nail olmaq üçün işlərin aparılmasının vacibliyini və anklav əhalisinə humanitar yardımın artırılmasına ehtiyac olduğunu vurğulayıblar.

Sallivan Prezident Co Baydenin ABŞ tərəfdaşlarının dövlət və qeyri-dövlət subyektlərinin, o cümlədən İran tərəfindən dəstəklənənlərin təhdidlərindən qorunmasının dəstəkləməyin tərəfdarı olduğunu təsdiqləyib və Ər-Riyadın Yəməndəki münaqişənin deeskalasiyasına dair səylərini alqışlayıb.

ABŞ prezidentinin müşaviri və Səudiyyə naziri, onilliklər ərzində regional sabitliyin və çəkindirmənin təməl daşı olan Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasında müdafiə tərəfdaşlığını gücləndirmək səylərini müzakirə ediblər. (oxu.az)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar